“Sevilya” və “Bayer” 1/4 finalda – Yenilənirbackend

Bu gün  Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Sportfan.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan dörd oyundan ikisi başa çatıb. “Bayer” “Reyncers”i, “Sevilya” isə “Roma”nı məğlub edərək 1/4 finala yüksəlib.

Digər oyunlarda isı “Bazel” “Ayntraxt”la, “Vulverhempton” isə “Olimpiakos”la qarşılaşacaq.

Qeyd edək ki, dünən “Şaxtyor”, “Kopenhagen”, “İnter” və “Mançester Yunayted” 1/4 finala vəsiqə qazanıb.

6 avqust

1/8 final mərhələsi, cavab oyunları

20:55. “Bayer” (Almaniya) – “Reyncers” (Şotlandiya) – 1:0
Qol:
 Diabi, 51
İlk oyun – 3:1

20:55. “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) – 2:0
Qollar:
 Requilon, 22, En-Nesiri, 44
İlk oyun keçirilməyib

23:00. “Bazel” (İsveçrə) – “Ayntraxt” (Frankfurt, Almaniya)
İlk oyun – 3:0

23:00. “Vulverhempton” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan)
İlk oyun – 1:1