“Sevilya”, yoxsa “İnter” – YENİLƏNİRbackend

Avropa Liqasında 2019/20 mövsümü başa çatır.

Sportfan.az xəbər verir ki, bu gün turnirin final oyunu keçiriləcək.

Həlledici qarşılaşmada İspaniya təmsilçisi “Sevilya” ilə İtaliya “İnter”i üz-üzə gələcək. Niderlandlı Denni Makkelienin idarə edəcəyi matç “Sevilya”nın 6-cı Avropa Liqası finalı olacaq ki, komanda əvvəlki 5 finalda olduğu kimi, yenə kuboku muzeyinə aparmaq niyyətindədir.

Sonuncu dəfə 1998-ci ildə ikinci dərəcəli klub turnirinin qalibi olan “İnter” isə 22 illik fasilədən sonra meydana çıxacağı 5-ci həlledici görüşdə 4-cü titulunu qazanmağı hədəfləyir.

“İnter”də məğlubiyyətsiz oyunlar seriyası 11, “Sevilya”da isə 20 olduğundan, hər iki tərəf uğurlu seriyanı davam etdirməyə çalışacaq.

UEFA Avropa Liqası
Final
21 avqust
23:00. “Sevilya” (İspaniya) – “İnter” (İtaliya)
Baş hakim: 
Denni Makkelie (Niderland)
Köln. “Reyn Enerji” stadionu