“Sevilya”dan əzmkar qalibiyyətbackend

Səfərdən qalib qayıdır – “Sevilya”
İspaniya La Liqasında XXXV tur davam edir.

Sportfan.az saytının məlumatına görə, turun daha üç matçı baş tutub.

Autsayderlər qrupunda yer alan “Eybar”la “Leqanes”in görüşündə qol vurulmayıb. Primerada qalmaq uğrunda mübarizə aparan “Malyorka” “Levante”ni iki qolla yenib.

“Sevilya” Bilbaoda “Atletik”in qonağı olub. Meydan sahibləri ilk yarıda fərqlənsə də, fasilədən sonra vurulan qollar qonaqlara qələbə qazandırıb.

Qeyd edək ki, tura iyulun 10-da yekun vurulacaq.