“Səviyyə öz sözünü dedi”- Emin Mahmudovbackend

“Layiqincə mübarizə aparmağa çalışdıq. Amma rəqib şanslarından maksimum yararlandı. Onların heyətində kifayət qədər səviyyəli futbolçu var”.

Sportfan.az xəbər verir ki, bunu “Neftçi”nin kapitanı Emin Mahmudov Avropa Liqasının II təsnifat mərhələsində evdə Türkiyə “Qalatasaray”ına 1:3 hesabı ilə uduzduqları oyundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

Təcrübəli futbolçu İstanbul komandasının şanslarından maksimum yararlandığını bildirib: “Biz hesabı bərabərləşdirəndən dərhal sonra qapımızdan qol buraxdıq. Buna görə də ikinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Çalışdıq ki, kompakt oynayaraq, rəqibə boş zona verməyək. Çünki boşluqdan çox yaxşı istifadə etməyi bacarır. Maksimum çalışsaq da, səviyyə öz sözünü dedi”.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra “Neftçi” avrokuboklarda mübarizəni dayandırıb. “Qalatasaray” isə Avropa Liqasının III təsnifat mərhələsində Xorvatiya “Hayduk”una rəqib olub.