Şimali Makedoniya mətbuatından reaksiya- “Sileks”in məğlubiyyətinəbackend

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində “Sileks”lə oyunu Şimali Makedoniya mətbuatının gündəmini zəbt edib.

Sportfan.az xəbər verir ki, yerli KİV Azərbaycan çempionunun 4:0 hesabı ilə qalib gəldiyi matçın nəticəsini gözlənilməz saymayıb.

“Qarabağ”ın cütlüyün aşkar favoriti olduğunu və inamlı qələbə qazandığını yazan həmkarlarımız “Sileks”in möcüzəni gerçəkləşdirə bilmədiyini qeyd ediblər. Yerli saytların manşetlərini “Qarabağ” “Sileks”ə rəhm etmədi və Çempionlar Liqası macərası 1 oyun çəkdi”, “Sileks” üçün Bakı kabusu”, “Çempionlar Liqası “Sileks”ə ağır gəldi”, “Sürpriz olmadı: “Sileks” Bakıdan “poker”lə qayıdır”, “Sileks” Bakıda gücsüz qaldı, “Qarabağ”ın inamlı qələbəsi”, “Çempionlar Liqası ümidlərinin sonu” və “Qarabağ” 4 qolla “Sileks”i Avropa elitasından kənara atdı” kimi başlıqlar bəzəyib.

Ancaq “Qarabağ”ın vurduğu 2-ci qol zamanı qapıçıya qarşı kobudluq olduğu və həmin epizodda ukraynalı hakimin “Qarabağ”a güzəştə getdiyi də yazılıb.

Qeyd edək ki, “Qarabağ” böyükhesablı qələbə sayəsində II təsnifat mərhələsinə adlayıb.