Şkrinyar “İnter”i tərk edə bilər- 65 milyonluq təklifbackend

İngiltərənin “Mançester Yunayted” klubu slovakiyalı futbolçu Milan Şkrinyarı transfer etməyə qərar verib.

Sportfan.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi İtaliyanın “İnter” klubuna 25 yaşlı müdafiəçisi ilə bağlı təklif göndərib.

Mançesterlilər oyunçu üçün Milan klubuna 58 milyon funt sterlinq (65 milyon avro) təklif edib. 2017-ci ildə “Sampdoriya”dan 34 milyon avroya transfer olunan Şkrinyarın müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, Milan cari mövsüm A seriyasında 27 matç keçirib.