“Soçi”nin səhmlərini alır- “City Football Group”backend

“Mançester Siti”nin səhmlərinə sahib olan “City Football Group” şirkəti Rusiyadan klub almaq fikrindədir.

Sportfan.az xəbər verir ki, şirkət “Soçi”nin səhmlərinin bir hissəsini almaq üçün danışıqlara başlayıb.

“City Football Group”un nümayəndələri Premyer Liqa təmsilçisinin sahibi Boris Rotenberqlə bir araya gəlib. Görüşdə Rotenberqlə əməkdaşlıq edən “Qazprom” şirkətinin nümayəndələri də iştirak edib.

“City Football Group” “Mançester Siti” ilə bağlı yaranmış problemi həll etdikdən sonra “Soçi”nin səhmlərini almaq üçün son görüşünü keçirəcək.

Qeyd edək ki, “Soçi” Rusiya Premyer Liqasında 16 komanda arasında 12-ci pillədə qərarlaşır.