Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.
Sportfan.az xəbər verir ki, son cavab görüşlərinin ardından 1/4 finala axırıncı 2 vəsiqənin sahibi müəyyənləşəcək.
Qarşılaşmalardan biri İspaniyada baş tutacaq. İlk matçda səfərdə İtaliya “Napoli”si ilə 1:1 hesablı heç-heçəyə razılaşan “Barselona” bu dəfə rəqibini doğma “Nou Kamp”da qəbul edəcək. Kataloniyalıları bu matçda qolsuz bərabərlik də qane edir.
Gecənin digər matçı isə Almaniyada keçiriləcək. Londondakı qarşılaşmada “Çelsi”ni 3:0 hesabı ilə məğlub edən “Bavariya” növbəti mərhələnin 1 addımlığındadır.