Son 40 ildə ilk dəfə 3-cü divizionda-  “Deportivo”backend

İspaniyanın tanınmış klublarından olan “Deportivo” 3-cü liqaya düşüb.

Sportfan.az xəbər verir ki, komandanın Sequndadakı qalan turların nəticələrindən asılı olmayaraq, turniri son 3 pillədən birində bitirəcəyi dəqiqləşib. Bununla da, “Deportivo” son 40 ildə ilk dəfə 3-cü divizionda oynamalı olacaq.

Qeyd edək ki, “Deportivo” bundan əvvəl tarixi ərzində  iki dəfə- 1974/1975 və 1980/1981-ci illər mövsümündə Sequndadan aşağı liqada çıxış edib.

Xatırladaq ki, “Deportivo” ötən mövsüm La Liqaya yüksəlmək üçün pley-off yarışında “Malyorka”ya uduzmuşdu.