Son Hın Minin qolu ən yaxşı seçildi – Videobackend

İngiltərə Premyer Liqasında 2019/2020 mövsümün ən yaxşı qolu açıqlanıb.

Sportfan.az çempionatın rəsmi Tvitter səhifəsinə istinadən xəbər verir ki, “Tottenhem”in futbolçusu Son Hın Minin 16-cı turda “Börnli” ilə matçdakı (5:0) qolu birinci olub.

Qeyd edək ki, Harvey Barnes (“Lester”), Mussa Cenepo (“Sauthempton”) Mattev Lonqstaff (“Nyukasl”), Kevin de Brüyne (“Mançester Siti), Əliriza Cahanbaxş (“Bayton”) və Matey Vudranın (“Bernli”) da qolu namizədlər arasında idi.