Soyğun hadisəsindən görə İtaliyadan ayrılmağı düşünür- Riberibackend

“Fiorentina”nın yarımmüdafiəçisi Frank Riberi Florensiyadakı evinin soyulmasından sonra açıqlama verib. Sportfan.az xəbər xəbər verir ki, Fransa millisinin keçmiş üzvü xoşagəlməz hadisə ilə üzləşdiyindən təəccüblənərək İtaliyadan ayrılmağı düşündüyünü bildirib: “Həyat yoldaşımın bir neçə çantası və qızılını aparıblar. Ancaq bunlar önəmli deyil. Başıma gələn hadisəni qəbul etmək istəmirəm. Şükürlər olsun ki, xanımım və uşaqlarım Münhendə olublar. Bundan sonra Florensiyaya necə güvənə bilərəm? Milyonlarla avronun arxasınca getmirəm. Şükürlər olsun, hər şeyim var, yoxsul deyiləm, qazanmışam. Həmişə topun arxasında qaçdım, çünki sevgim budur. Lakin ailəm hər zaman öndə gəlir. Buna görə lazım olan qərarlar verəcəm”.

 

37 yaşlı futbolçunun “bənövşəyilər”lə müqaviləsi 2021-ci ilin yayında bitəcək. Riberi bu mövsüm A Seriyasında 15 oyun keçirərək 3 qola imza atıb.