SPAL A Seriyasını tərk etdibackend

İtaliya A Seriyasını tərk edəcək ilk klub bəlli olub.

Sportfan.az xəbər verir ki, 34-cü turda  “Breşiya”ya 1:2 hesabıyla məğlub olan SPAL-ın elitadan gedəcəyi dəqiqləşib.

Sona 6 tur qalmış 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşmış klubun təhlükəli zonanı tərk etməsi mümkün deyil. SPAL növbəti mövsümdə İtaliya B Seriyasında mübarizə aparacaq.