“Stadion “Qarabağ” – “Molde” oyununa hazırdır”-  Kiriakos Dimitriubackend

“AEK Arena” “Qarabağ” və Norveç “Molde”si arasında keçiriləcək UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin oyununu qəbul etməyə hazırdır.

Sportfan.az xəbər verir ki, bu barədə Kiprin AEK klubunun mətbuat katibi Kiriakos Dimitriu yerli “Spor FM” radiosuna açıqlamasında bildirib.

Klub rəsmisi sözügedən stadionda ilk ÇL qarşılaşmasının keçiriləcəyini vurğulayıb: “Bu cür layihələri davam etdirəcəyik. Ümid edirik ki, komandamızın da bu yarışda mübarizəsini görəcəyik”.

Qeyd edək ki, sentyabrın 16-da baş tutacaq “Qarabağ” – “Molde” oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.