Stiven Cerrard karyerasını İngiltərədə davam etdirə bilərbackend

Şotlandiyanın “Reyncers” klubunun baş məşqçisi Stiven Cerrard karyerasını İngiltərədə davam etdirmək imkanı qazanıb.

Sportfan.az xəbər verir ki , “Liverpul”un əfsanəsi “Bristol Siti”nin maraq dairəsinə düşüb.

Baş məşqçi Li Consonu istefaya göndərən aşağı liqa təmsilçisi Cerrardı bu posta gətirmək istəyir. Çempionşip klubu onunla yanaşı, Kris Hyuton, Li Boyer və Rayan Lounun da namizədliyini nəzərdən keçirir. Yeni baş məşqçinin qarşısına Premyer Liqaya vəsiqə qazanmaq vəzifəsi qoyulacaq.

Qeyd edək ki, Cerrardın Qlazqo təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.