Stiven Monroz və  Mario Fernandes ölkələrinə getdibackend

“Neftçi” klubu UEFA Avropa Liqasının hazırlığına iyulun 10-da start verəcək.

Sportfan.az xəbər verir ki bu barədə “Report”a klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, Qəbələdə baş tutacaq hazırlıq prosesinin müddəti gələcək planlardan asılı olacaq.

Klub rəsmisi bildirib ki, hazırda yalnız fransalı futbolçu Stiven Monroz və ispaniyalı fiziki hazırlıq üzrə məşqçi Mario Fernandes Kastelyano istisna olmaqla, bütün oyunçular düşərgədədirlər. Monroz və Kastelyano ölkələrinə yollanıblar. Geridönüş biletinə malik əcnəbilər toplanış başlayanda Bakıya qayıdacaqlar.

Qeyd edək ki, “Neftçi” 2020/2021 mövsümündə Avropa Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.