“Sumqayıt” 19 yaşlı futbolçu aldıbackend

2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu növbəti futbolçunun keçidini gerçəkləşdirib.

Sportfan.az klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, son mövsümü Portuqaliyanın “Uniao Leyria” klubunda keçirmiş Hüseyn Cəfərovla müqavilə bağlanılıb. 3 illik sözləşməyə imza atan 19 yaşlı gənc yarımmüdafiəçi yeni komandasında “15” nömrəli formada çıxış edəcək.