Sumqayıt 300-ə çatdıbackend

“Sumqayıt” Premyer Liqada 300-cü oyununu keçirib.

SPORTFAN.AZ xəbər verir ki, bu, 28-ci tura təsadüf edib. “Səbail” üzərində qələbə həm də üç xalın qazanıldığı 80-ci matç olub. 2011-ci ildən yüksək dəstədə çıxış edən sumqayıtlılar eyni sayda heç-heçə edib və 140 dəfə uduzub.

Komandaya bürünc medal və UEFA Konfrans Liqasına vəsiqə qazandıran oyun həm də səfərdə 150-ci matç olub. Bunların 29-da üç, 41-də bir xal qazanan komanda 80 dəfə rəqib meydanından məğlub ayrılıb.