“Sumqayıt” Ayxan Abbasovla müqaviləni yenilədibackend

“Sumqayıt”da baş məşqçi məsələsinə aydınlıq gəlib.

Sportfan.az xəbər verir ki., hazırkı çalışdırıcı Ayxan Abbasov postunda saxlanılıb.

Klub rəhbərliyi ilə mütəxəssis arasında görüş baş tutub. Həmin danışıq zamanı 39 yaşlı çalışdırıcının fəaliyyətindən razılıq bildirən “gənclik şəhəri” təmsilçisi ona yeni müqavilə təklif edib. Komandanı Avropa Liqasına daşıyan Abbasov da təklifi müsbət cavablandırıb və tərəflər başa çatan müqavilə müddətinin daha 1 illik uzadılmasında ortaq məxrəcə gəliblər.

Qeyd edək ki, ötən mövsüm Premyer Liqada 4-cü yeri tutan “Sumqayıt” tarixində ilk dəfə Avropa Liqasında mübarizə aparacaq. Hələlik heç kimi transfer etməyən “kimyaçılar” Şəhriyar Əliyev, Aleksey İsayev, Peyman Babayi və Mehdi Şərifi ilə yollarını ayırıb.