“Sumqayıt” iştirak ərizəsini UEFA-ya təqdim etdibackend

“Sumqayıt” Avropa Liqasının 1-ci təsnifat mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Sportfan.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “kimyaçılar” Şimali Makedoniya təmsilçisi “Şkendiya” ilə matça 22 oyunçu sifariş edib.

Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 9-u yarımmüdafiəçi, 3-ü hücumçudur.

Qapıçılar: 1. Mehdi Cənnətov, 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev

Müdafiəçilər: 3. Vurğun Hüseynov, 4. Kərəm Sultanov, 5. Cəmaləddin Xocaniyazov, 7. Tellur Mütəllimov, 14. Elvin Bədəlov, 30. Nəbi Məmmədov, 33. Eltun Turabov

Yarımmüdafiəçilər: 6. Vüqar Mustafayev, 8. Səbuhi Abdullazadə, 10. Rəhim Sadıxov, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 21. Adəm Həmati, 60. Elvin Məmmədov, 88. Cavid Quliyev, 97. Xəyal Nəcəfov

Hücumçular: 9. Əli Qurbani, 19. Nurlan Quliyev, 20. Rüfət Abdullazadə

Qeyd edək ki, avqustun 27-də Sumqayıtda keçiriləcək “Sumqayıt” – “Şkendiya” oyunu saat 20:00-da start götürəcək.