“Sumqayıt” kapitanla yeni müqavilə imzaladıbackend

“Sumqayıt” daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Sportfan.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın kapitanı Vurğun Hüseynovun da sözləşməsi yenilənib. 32 yaşlı müdafiəçi növbəti mövsümdə də “gənclik şəhəri” təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, 2013/14 mövsümündən etibarən “Sumqayıt”da çıxış edən Vurğun Hüseynov komandanın tarixində ən çox oyun keçirən futbolçudur. 164 matçda forma geyinən müdafiəçi rəqib qapılarından bir qol keçirib.

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Sumqayıt” daha əvvəl qapıçı Mehdi Cənnətov və müdafiəçi Elvin Bədəlovla müqavilənin müddətini uzadıb.