“Sumqayıt” “Qarabağ”la üz-üzə- Azərbaycan Premyer Liqasıbackend

Bu gün Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.

Sportfan.az xəbər verir ki, turun ilk günündə bir oyun keçiriləcək.

Günün yeganə matçı Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutacaq. Ardıcıl iki qələbə ilə liderliyə şərik olan “Sumqayıt” öz meydanında “Qarabağ”ı qəbul edəcək.

Uğursuzluq zolağında olan Qurban Qurbanovun yetirmələri matçın favoritidir. Ötən mövsüm yeganə məğlubiyyətini Ayxan Abbasovun yetirmələrindən alan son çempionun bu dəfə sensasiyaya imkan verəcəyi inandırıcı görünmür.

Qeyd edək ki, sabah “Səbail” – “Sabah” və “Keşlə” – “Zirə”, ertəsi gün “Neftçi” – “Qəbələ” oyunu keçiriləcək.

Azərbaycan Premyer Liqası
IV tur
25 sentyabr (cümə)
19:00. “Sumqayıt” – “Qarabağ”

“Kapital Bank Arena”

1 Sabah 3 2 0 1 5-2 6
2 Sumqayıt 3 2 0 1 4-2 6
3 Neftçi 3 2 0 1 4-4 6
4 Keşlə 3 1 2 0 1-0 5
5 Qarabağ 3 1 1 1 3-2 4
6 Zirə 3 1 1 1 3-4 4
7 Qəbələ 3 0 2 1 1-4 2
8 Səbail 3 0 0 3 3-6 0

Bombardirlər: Əli Qurbani (“Sumqayıt”),  Namiq Ələsgərov (“Neftçi”) – 3 qol.