“Sumqayıt” Vurğun Hüseynovla müqaviləni yenilədibackend

“Sumqayıt”da daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

Sportfan.az xəbər verir ki, kapitan Vurğun Hüseynov karyerasını “gənclik şəhəri” təmsilçisində davam etdirəcək.

32 yaşlı mərkəz müdafiəçisi rəhbərliklə görüşərək sözləşməsini yeniləyib. Azərbaycan millisinin sabiq üzvü başa çatan müqavilə müddətini daha 1 il uzadıb. O, Mehdi Cənnətov və Elvin Bədəlovdan sonra yeni anlaşmaya qol çəkən 3-cü oyunçu olub. Həmçinin baş məşqçi Ayxan Abbasov da postunda saxlanılıb.

Qeyd edək ki, “Sumqayıt” hələlik Şəhriyar Əliyev, Aleksey İsayev, Peyman Babayi, Mehdi Şərifi və Sərtan Taşkınla yollarını ayırıb.