“Sumqayıt” “Zirə”yə qalib gəldi – Videobackend

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Sumqayıt” klubu yoxlama oyunu keçirib.

Sportfan.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi “Zirə” ilə üz-üzə gəlib.

“Kapital Bank Arena”dakı qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

“Sumqayıt”ın heyətində qolları Rüfət Abdullazadə, Tellur Mütəllimov, Elvin Məmmədov və yeni transfer Əli Qurbani vurub.

Qeyd edək ki, “Sumqayıt” Avropa Liqasının I təsnifat mərhələsində Makedoniya “Şkendiya”sı ilə qarşılaşacaq. Avqustun 27-də “Kapital Bank Arena”da keçiriləcək görüş saat 20:00-da start götürəcək.