“Sumqayıt”da İspaniyalı məşqçibackend

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun fiziki hazırlıq üzrə köməkçisi müəyyənləşib.

Sportfan.az xəbər verir ki, klub ispaniyalı mütəxəssis Jerar Merino Elqarrista ilə anlaşıb.

Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Sumqayıt” Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandası ilə üz-üzə gələcək. Avqustun 27-də “Kapital Bank Arena”da keçiriləcək matç saat 20:00-da başlanacaq.