“Sumqayıt”da yeni müqaviləbackend

“Sumqayıt”da daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

Sportfan.az xəbər verir ki, müdafiəçi Elvin Bədəlovun aqibəti bəlli olub.

25 yaşlı mərkəz müdafiəçisi başa çatan müqavilə müddətini daha bir il müddətinə uzatmağa razılıq verib. Tezliklə rəsmi sözləşmənin imzalanması gözlənilir. Bədəlova qədər qapıçı Mehdi Cənnətov da rəhbərliklə yeni 1 illik müqavilədə anlaşıb.

Qeyd edək ki, Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Sumqayıt” hələlik Şəhriyar Əliyev, Aleksey İsayev, Peyman Babayi və Mehdi Şərifi ilə yollarını ayırıb.