Super Liqa klubunda baş məşqçi ilə yeni müqaviləbackend

Türkiyənin “Sivasspor” klubunda baş məşqçi Rıza Çalımbayla yeni müqavilə imzalanıb. Sportfan.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Çalımbayın müqaviləsinin müddəti 2022-ci ilin yayına qədər uzadılıb.

Çalımbayın rəhbərlik etdiyi “Sivasspor” Super Liqada son mövsümü 5-ci sırada bitirib.