Super Liqada baş məşqçi istefasıbackend

Türkiyə Super Liqasında çıxış edən “Konyaspor”un baş məşqçisi Bülent Korkmaz komandadan ayrılıb.

Sportfan.az  yerli mətbuata istinadən xəbər verir ki, bu barədə 52 yaşlı mütəxəssisin özü məlumat verib.

Korkmaz klubun hücumçu transferini onun istəyi və xəbəri olmadan gerçəkləşdirdiyi üçün bu addımı atdığını bildirib.

Mütəxəssis “Konyaspor” azarkeşlərinə təşəkkür edib və komandaya uğurlar arzulayıb.

Qeyd edək ki, Bülent Korkmaz bu ilin fevralında baş məşqçi təyin olunub. O, 2009-2010 mövsümündə Azərbaycanda “Bakı” komandasına rəhbərlik edib.