Super Liqada daha bir baş məşqçi istefasıbackend

Türkiyə Super Liqasında daha bir istefa reallaşıb.

Sportfan.az xəbər verir ki, “Rizəspor”un baş məşqçisi Ünal Karaman vəzifəsindən istefa verib.

Son vaxtlar uğursuz çıxış edən komandanın XXXII turda “Kasımpaşa”ya məğlub olması çalışdırıcını buna vadar edib. Onun rəhbərliyi altında komanda bu mövsüm keçirdiyi 9 oyunun 2-də qələbə qazanıb, 2-də heç-heçə edib, 5-də uduzub.

Qeyd edək ki, sona 2 tur qalmış “Rizəspor” 32 xalla 16-cı pillədə qərarlaşır.