Superliqada komanda sayı artırıldı – 20backend

2021/2022 mövsümündə Türkiyə Superliqasında 20 komanda mübarizə aparacaq.

Sportfan.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir deyib.

70 yaşlı funksioner bildirib ki, 2020/2021 mövsümün sonunda 21 klubdan 4-ü elitanı tərk edəcək. Əvəzində isə I liqadan 3 komanda yüksək dəstəyə çıxacaq və Super Liqa iştirakçılarının sayı 20 olacaq.

Türkiyə çempionatında yeni mövsümə sabah “Rizespor” – “Fənərbağça” matçı ilə start veriləcək. Koronavirus pandemiyası səbəbdən bu mövsüm Super Liqada 21 komanda iştirak edəcək. Bunadək yerli çempionatda klub sayı 18 idi.