Superliqaya vəsiqə qazanan sonuncu klub bilindibackend

Türkiyə Superliqasına vəsiqə qazanan sonuncu klub da bəlli olub.

Sportfan.az  xəbər verir ki, sonuncu vəsiqəni Altay təmin edib. Sözügedən komanda pley-offun finalında Altınordu-ya 1:0 hesabıyla qalib gəlib. Atatürk Olimpiya Stadionunda keçirilən oyunda yeganə qolu 89-cu dəqiqədə Marko Payşao vurub.

Beləliklə, Mustafa Dənizlinin çalışdırdığı Altay 18 illik fasilədən sonra Superliqada iştirak hüququ qazanıb. Daha öncə TFF 1-ci liqada çempion olan Adana Demirspor və ikinci pilləni tutan Giresunspor klubları elitaya vəsiqəni təmin etmişdi.

Xatırladaq ki, 2020/21 mövsümünün yekununa əsasən, Superliqanı Erzurumspor, Ankaragücü, Genclerbirliği və Denizlispor klubları tərk edib.