Tale Heydərov və qardaşı ordumuza könüllü yazılmasından danışdı- VİDEObackend

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çağırışdan sonra Azərbaycan Ordusuna könüllü yazılanların sayı artıb.

Sportfan.az xəbər verir ki, dövlət başçısının bu çağırışına Fövqaladə hallar naziri Kəmaləddin Heydərovun oğulları –

“Qəbələ”nin fəxri prezidenti Tale Heydərov və qardaşı Nicat Heydərov da qoşulub. Onlar Azərbaycan ordusuna könüllü hərbi xidmətə yazılıblar. Bununla əlaqədar hər iki qardaş fikirlərini də bildirib.