Tanınmış idmançımız Azərbaycan ordusuna yazıldı- VİDEObackend

Ölkə başçısı İlham Əliyevin çıxışından sonra Milli Orduya könüllü şəkildə yazılmaq üçün dörd min nəfər qeydiyyatdan keçib.

Sportfan.az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov deyib.

Könüllü hərbi xidmətə yazılanlar arasında azərbaycanlı MMA döyüşçüsü Aqşin Babayev də var.

O, qeydiyyatda olduğu Salyan royununun hərbi komissarlığında olub. Bununla da Aqşin Babayev hərbi komissarlıqda könüllü orduya yazılmaq üçün qeydiyyatdan keçib.