“Tarix yazmağa başlayacağıq”- Risto Radunoviçbackend

“Düzünü deyim ki, milli komandanın toplanışını gözləməyə səbrim çatmır. Hazırlıqların və matçların tez başlamasını istəyirəm”.

Sportfan.az xəbər verir ki, bunu Monteneqro millisinin futbolçusu Risto Radunoviç deyib.

Rumıniyanın “Astra” klubunda çıxış edən 28 yaşlı müdafiəçi sentyabrda start götürəcək Millətlər Liqası barədə iddialı danışıb. Radunoviç Azərbaycan, Kipr və Lüksemburqla rəqib olduqları C divizionunun 1-ci qrupunda qalib adı uğrunda mübarizə aparacaqlarını bildirib: “Gözləyirəm ki, daha yaxşı tarix yazmağa başlayacağıq. AVRO-2020-nin seçmə mərhələsi ilə müqayisədə daha yaxşı nəticələr qazanmalıyıq. Əsas hədəfimiz millinin imicini formalaşdırmaq, DÇ-2022-nin seçmə mərhələsi ərəfəsində yaxşı ab-hava yaratmaqdır. Bu o deməkdir ki, mən komandamızın Millətlər Liqasında daha yüksək nəticə uğrunda mübarizə aparacağını gözləyirəm”.

Qeyd edək ki, Millətlər Liqasının qrup oyunları sentyabr-noyabr aylarında keçiriləcək.