Tarixində ilk dəfə Türkiyə çempionu oldu – “Başakşəhər”backend

Türkiyə Superliqasında 2019-2020 mövsümünün qalibi bəlli olub.

Sportfan.az xəbər verir ki, son bir tur qalmış – 33-cü turda “Başakşəhər” çempionluğunu rəsmiləşdirib.

Ən yaxın izləyicisi “Trabzonspor”un evdə “Konyaspor”a uduzması (3:4) İstanbul klubunun çempion edib. Lakin “Qaradənizlilər” qalib gəlsə, belə, Okan Burukun komandası birinci olacaqdı. Çünki “Başakşəhər” bir qədər əvvəl başa çatan görüşdə “Kayserispor”u məğlub edib – 1:0.

Beləliklə, İstanbul klubu tarixində ilk dəfə çempionlu sevinci yaşayıb