Tibo Kurtuadan yeni rekord- tarixdə ilk dəfəbackend

“Real”ın qapıçısı Tibo Kurtua adını İspaniya futbol tarixinə yazdırıb.

Sportfan.az-ın məlumatına görə, o, bunu “Real”la La Liqa çempionu olaraq reallaşdırıb.

28 yaşlı qolkiper hər iki Madrid klubunun heyətində ölkə çempionu olan ilk futbolçudur. Belçika millisinin üzvü 2013/14 mövsümündə də “Atletiko” ilə İspaniyada qızıl medallara qovuşub.