Toplanış üçün Qəbələyə yollandı- “Sabah”backend

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən daha bir komanda təlim-məşq toplanışı üçün Qəbələyə yollanıb.

Sportfan.az xəbər verir ki “Sabah” hazırda Qəbələdədir. Paytaxt təmsilçisinin yeni baş məşqçisi Visente Qomes iyunun 21-də Azərbaycanda olacaq və komandaya qoşulacaq.

Qeyd edək ki, avrokuboklara hazırlaşan komandalar Bakıdan kənarda hazırlıq keçir. “Qarabağ”la yanaşı, “Neftçi” və “Sumqayıt” Qəbələdə məskunlaşıb, “Keşlə” isə Şamaxını seçib.