“Torino”da yeni baş məşqçibackend

İtaliyanın “Torino” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportfan.az xəbər verir ki, bunu klubun idman direktoru Davide Vaqnati təsdiqləyib.

O bildirib ki, yaxın günlərdə baş məşqçi postuna Marko Campaolo təyin olunacaq. Ötən ilin payızında istefaya göndərildiyi “Milan”la müqaviləsi qalan çalışdırıcı sabiq klubu ilə danışıqlar aparır.

Hazırda “Torino”nu çalışdıran Moreno Lonqo komandanı A seriyasında saxlasa da, bu nəticə klub rəhbərliyini qane etməyib. 16-cı yerdən narazı rəhbərlik onu Campaolo ilə dəyişməyi məqsədəuyğun sayıb.