“Tottenhem”də yeni müqaviləbackend

“Tottenhem”in yarımmüdafiəçisi Erik Dayer komandada qalıb.

Sportfan.az xəbər verir ki, 26 yaşlı orta sahə oyunçusu London təmsilçisi ilə yeni müqavilə imzalayıb.

Bir neçə klubun maraq dairəsində olan İngiltərə millisinin üzvü “Tottenhem”lə müqavilə müddətini 2024-cü ilin yayına qədər uzadıb.

Qeyd edək ki, Erik Dayer bu mövsüm 29 oyunda iştirak edib, 2 məhsuldar ötürmə verib.