“Tottenhem”in futbolçusunu istəyir- “Milan”backend

İtaliyanın “Milan” klubu İngiltərə “Tottenhem”ində çıxış edən Serj Oryeni heyətinə cəlb etmək niyyətindədir.

Sportfan.az  “Bleacher Report”a istinadən xəbər verir ki, “rossonerilər” 28 yaşlı müdafiəçi üçün London təmsilçisinə 13 milyon funt sterlinq ödəməyə hazırdır. Lakin qarşı tərəf afrikalı oyunçu üçün 20 milyon tələb edir.

Qeyd edək ki, Serj Orye 2017-ci ildən “Tottenhem”də çıxış edir. O, cari mövsüm 42 oyunda meydanda olub, 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.