“Tottenhem”in futbolçusunun qardaşı güllələndibackend

“Tottenhem”in müdafiəçisi Serj Oryenin qardaşı Kristofer öldürülüb.

Sportfan.az xəbər verir ki, hadisə Tuluzadəkı gecə klublarının birində baş verib.

Bu gün səhər saatlarında yerli sakinlər Kristoferi gecə klubunun qarşısında yaralı vəziyyətdə tapıblar. Qarın nahiyəsindən güllə yarası alan futbolçunun 26 yaşlı qardaşı xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib. Yerli polis hazırda cinayətkarların axtarışındadır.

<ins’></ins’>

Qeyd edək ki, Kristofer Orye də qardaşı kimi, futbolçu olub. O, Fransanın 5-ci divizionunda çıxış edib.