“Tottenhem”in ulduzu Qvardiolanın qızı ilə yaxalandı – FOTOLARbackend

“Tottenhem”in futbolçusu Dele Alli “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın qızı ilə görüntülənib.

Bir neçə ay öncə model sevgilisi Rubi Mae tərəfindən tərk edilən Alli yeni sevgiyə yelkən açıb. Belə ki, 25 yaşlı yarımmüdafiəçi Mariya Qvardiola ilə Londonda öpüşərkən yaxalanıb.
Pep Qvardiolanın 20 yaşlı qızının yaxınlarından əldə edilən məlumata görə, ikili sadəcə dostdurlar. Futbolçunun tərəfindən isə hələ heç bir açıqlama gəlməyib.

Qeyd edək ki, Rubi Mae Dele Alli ilə 5 illik münasibətlərinə mart ayında son verib.//Offsideplus.az