“Tottenhem”in yeni transfer hədəfi- Nikolo Zaniolobackend

“Roma”nın futbolçusu Nikolo Zaniolo karyerasını İngiltərədə davam etdirə bilər.

Sportfan.az xəbər verir ki, “Tottenhem”in baş məşqçisi Joze Mourinyo 21 yaşlı yarımmüdafiəçini komandasında görmək istəyir.

Bildirilir ki, Premyer Liqa klubu Zanolo üçün 50 milyon avro ödəməyə hazırdır. Lakin “Roma” futbolçunun transferindən 60 milyon avrodan çox qazanc əldə etmək niyyətindədir. Bundan başqa italiyalı oyunçu ilə “Yuventus”un da maraqlandığı qeyd olunub.

İtaliya millisinin də üzvü olan N.Zaniolo 2018-ci ildən “Roma”nın formasını geyinir. O, bu mövsüm A seriyasında 22 matça çıxaraq 5 qol vurub və 1 qolun ötürməsini verib.