“Trabzonspor”da  braziliyalı futbolçu  – Rəsmibackend

“Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportfan.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi Braziliyanın “Bahiya” klubunun yarımmüdafiəçisi Flavionu transfer edib. 24 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Flavio “Vitoriya”nın yetirməsidir. O, “Ferroviariya”, “Boavişta”, “Santo Andre” kimi klublarda da oynayıb.