Türk klubunun Qurban Qurbanova təklif etdiyi ŞOK MÜQAVİLƏ ŞƏRTLƏRİ!backend

Türkiyə Super Liqasına vəsiqə qazanan “Hatayspor” üçün 24 iyul tarixi gün ola bilər.

Klubun İdarə Heyəti yeni mövsümlə bağlı planları müzakirə etmək və qərar vermək üçün bir araya gələcək.

Ələ alınacaq bir nömrəli məsələ baş məşqçinin kimliyini müəyyənləşdirməkdir. Mehmet Altıparmakla yollarını ayıran əyalət təmsilçisinin əsas namizədi Qurban Qurbanovdur.

“Hatayspor”un prezidenti Nihat Tazearslan “Qarabağ”ın çalışdırıcısıyla danışıqların davam etdiyini və sabah hər şeyə aydınlıq gələcəyini bildirib: “Hələ heç nə bəlli deyil. Hər şey bu həftə bəlli olacaq. Hazırda danışııqlar davam edir. Cümə günü İdarə Heyəti ilə toplantı keçirəcəcəyik və bu məsələyə də orada aydınlıq gələcək”.

“Hürriyet”in tanınmış yazarı, “Hatayspor” yönətimi ilə yaxın əlaqələri olan Nevzat Demir isə etiraf edib ki, klub Qurbanovu Türkiyəyə gətirmək üçün Azərbaycanın bir sıra nüfuzli şəxsləri araya vasitəçi salıb və sərfəli təkliflər irəli sürüb.

Söhbət hansı şərtlərdən gedir. Tarixində ilk dəfə Super Liqada mübarizə aparacaq Hatayın eyniadlı təmsilçisi azərbaycanlı mütəxəssisə 3 illik (1+2) müqavilə təklif edib.

İlk mövsüm üçün qarşıya qoyulan məqsəd komandanı elitada saxlamaqdır. İşdir, Qurbanov bu vəzifənin öhdəsindən gəlsə, anlaşmanın ikinci hissəsi avtomatik olaraq qüvvəyə minəcək.

Bunun üçün sırf transfer büdcəsi olaraq 11,5-12,5 milyon dollar nəzərdə tutulub. 13 ildir “Qarabağ”ı Azərbaycan və Avropa arenasında uğurdan-uğura daşıyan çalışdırıcının məşqçi və texniki korpusunda 12-14 nəfər yer ala bilər. Yəni, ona bu qədər köməkçi götürmək icazəsi veriləcək.

Özünə gəlincə, Azərbaycanın ən yaxşı məşqçisi Türkiyədə ilinə 1,2 milyon dollar qazanmaq şansına sahibdir. Biz hələ minimum rəqəmdən danışırıq.

“Hatayspor” Super Liqadakı ilk ilində hədəfə yetişərsə və ya başqa müsbət nəticələr əldə edərsə, üstünə əlavə bonuslar hesablanacaq və rəqəm bir xeyli «şişəcək». İkinci-üçüncü sezonun qiymətləri isə başqadır və daha yüksəkdir.

“Hatayspor” B,C və D variantlarını da nəzarətdə saxlayır. Qurban Qurbanov “Qarabağ”da qalmaq fikrindən dönməsə, İqor Tüdor, Robert Prosineçki və Ersun Yanalın namizədliyi gözdən keçiriləcək.(sportinfo)