Türkiyə klubunda yeni məşqçibackend

Gaziantep-in yeni baş məşqçisi müəyyənləşib.

sportfan.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Erol Bulut çalışdıracaq.

46 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Gaziantep-i son olaraq Rikardo Sa Pinto çalışdırırdı. Lakin onun müqaviləsinin müddəti mövsümün sonuna qədər olduğundan, artıq klubdan ayrılıb.

Erol Bulut isə son olaraq Fenerbahçe-ni çalışdırıb. Mövsümün ortasında istefaya göndərilən mütəxəssis, daha öncə Alanyaspor və Yeni Malatyaspor-da da çıxış edib.