Türkiyə klubunda yeni müqaviləbackend

Gaziantep klubu yarımmüdafiəçisi Amedey Vetrihlə müqavilənin müddətini artırıb.

 

Sportfan.az  xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə 30 yaşlı futbolçu ilə 1+1 illik yeni müqavilə imzalandığı diqqətə çatdırılıb. Əvvəlki sözləşmənin müddəti bu yay bitirdi.

Sloveniya milli komandasının da üzvü olan Vetrih 2020-ci ilin yayından Gaziantep-in uğurları üçün çalışır. O, geridə qalan mövsümdəki performansı ilə komandanın aparıcı üzvlərindən birinə çevrilməyi bacarıb.

Qeyd edək ki, Amedey Vetrih Türkiyədə daha öncə Rizespor-un da uğurları üçün çalışıb.