Türkiyə klubundan növbəti transferbackend

“Hatayspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 


Sportfan.az xəbər verir ki, Super Liqa təmsilçisi “Fatih Karagümrük”lə yollarını ayıran Fatih Kurucuku transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Fatih Kurucuk “Bursaspor” və “Göztəpə” klublarının yetirməsidir. O, icarə əsasında “Fəthiyəspor”da da forma geyinib. Türkiyənin gənclərdən ibarət yığmasında da oynamış müdafiəçi, 2017-ci ildən “Fatih Karagümrük”də çıxış edirdi. Gənc futbolçu geridə qalan mövsümdə bu komandanın heyətində 14 rəsmi matça çıxıb.

Xatırladaq ki, “Hatayspor” Fatihdən öncə Osman Şahin və Emre Çolakı da heyətinə qatmışdı.