Türkiyə kubokunun qalibi bilindbackend

Türkiyə kubokunda 2020/21 mövsümünün qalibi müəyyənləşib.

sportfan.az xəbər verir ki, həlledici oyunda bir neçə gün öncə Super Liqanın qalibi olmuş Beşiktaş Antalyaspor-la qarşılaşıb.

İzmirdə baş tutan final matçının taleyini iki cavabsız qol həll edib. Rəqibini 2:0 hesabıyla məğlub edən Beşiktaş həm Türkiyə kubokunu qazanıb, həm də mövsümü “qızıl dubl”la başa vurub.

Türkiyə kuboku

 

Final

 

Antalyaspor – Beşiktaş 0:2

 

Qol: Jozef, 3. Rosier, 30.