Türkiyə Kubokunun sahibi məlum oldubackend

Futbol üzrə Türkiyə Kubokunda final matçı keçirilib.

Sportfan.az xəbər verir ki, İstanbuldakı “Atatürk” Olimpiya Stadionunda “Trabzonspor” və “Alanyaspor” komandaları üz-üzə gəlib. Qarşılaşma “Tranzonspor”un qələbəsi ilə yekunlaşıb – 2:0. İlk qolu 25-ci dəqiqədə Abdulkadir Ömür vurub. Oyunda son nöqtəni isə 90+10-cu dəqiqədə Aleksander Sörlot qoyub.

Bununla da “Trabzonspor” tarixində 9-cu dəfə Türkiyə Kubokuna sahib olub. Sonuncu dəfə “bordo-mavilər” kuboka 2010-cu ildə sahib olmuşdular. Superliqada isə bu klub cari mövsümdə gümüş medal qazanıb.

Çempionatda 5-ci yerlə kifayətlənən “Alanyaspor” tarixində ilk dəfə kubokda final həyəcanı yaşayıb.