Türkiyə Macarıstana qarşı, İspaniyanın Almaniya sınağı – YENİLƏNİRbackend

Bu gün Millətlər Liqasında 2020/21 mövsümü start götürəcək.

Sportfan.az xəbər verir ki, 4 liqada və ümumilikdə 14 qrupda təşkil olunan yarışın ilk turu üç gün davam edəcək.

Turun ilk günündə 10 qarşılaşma baş tutacaq. A, C və D liqalarının hərəsində bir, B liqasının iki qrupunda ilk turun görüşləri keçiriləcək.

İlk oyun gününün bütün matçları eyni saatda başlayacaq. Qonşu Türkiyə yığması evdə Macarıstanla görüşəcək. “Ay-ulduzlular”ın yer aldığı B liqasının 3-cü qrupunun digər görüşündə Rusiya ilə Serbiya qarşılaşacaq.

Günün mərkəzi oyunu A liqasında baş tutacaq. 4-cü qrupda Almaniya və İspaniya üz-üzə gələcək.

Qeyd edək ki, turun digər qarşılaşmaları sentyabrın 4-5-də keçiriləcək.

Millətlər Liqası
I tur
3 sentyabr
A liqası, 4-cü qrup

22:45. Almaniya – İspaniya
22:45. Ukrayna – İsveçrə
B liqası, 3-cü qrup
22:45. Rusiya – Serbiya
22:45. Türkiyə – Macarıstan
B liqası, 4-cü qrup
22:45. Bolqarıstan – İrlandiya
22:45. Finlandiya – Uels
C liqası, 3-cü qrup
22:45. Moldova – Kosovo
22:45. Sloveniya – Yunanıstan
D liqası, 1-ci qrup
20:00. Latviya – Andorra
22:45. Farer adaları – Malta